UEFA Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçının favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, futbol biliciləri təmsilçimizi bugünkü görüşdə favorit gürüblər. Belə ki, bukmeker konturları Ağdam klubunun qələbəsinə 1,78, rəqib qalibiyyətinə isə 4,70 əmsal təyin edilib. Görüşün heç-heç bitmə ehtimalı isə 3,88 bəlirlənib.
Xatırladaq ki, “Qarabağ” – “Ludoqorets” matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.