“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Rakuv”la qarşılaşıb. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi matçda 5 qol qeydə alınıb.
“Köhlən atlar” ikinci hissədə 0:2 geriyə düşməsinə rəğmən, Redon Cicanın qolları ilə hesabı bərabərləşdirdi.
Ancaq oyunun son dəqiqələrində “Rakuv” qələbə qolunu vuraraq, matçdan 3:2 hesablı qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
22:15. “Rakuv” (Polşa) – “Qarabağ” 3:2 (Azərbaycan)
Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu