20 Sentyabr 2024
Dünya futbolu

Çempionlar Liqası: “Qarabağ”ın III mərhələdəki rəqibi bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bilinib.

İdmanxeber.az-ın məlumatına gorə, bu, “Ludoqorets”di. Bolqarıstan təmsilçisi iki oyunun cəmində (2:0, 0:1) Belarusun “Dinamo” (Minsk) kollektivini məğlub edərək III mərhələyə vəsiqə qazanıb.

Beləliklə, Ağdam klubu bu mərhələdə “Ludoqorets”lə üz-üzə gələcək.

“Qarabağ”la “Ludoqorets” arasında ilk görüş avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Bolqarıstanda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43