09 Sentyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın oyunlarının vaxtı müəyyənləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

İdmanxeber.az “köhlən atlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43