16 Sentyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın oyununa macarıstanlı hakim

Çempionlar Liqasının II təsnifat mərhələsi oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ”ın  “Linkoln”ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyunu macarıstanlı İştvan Vad idarə edəcək.

Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

“Linkoln” – “Qarabağ” oyunu iyulun 23-ü Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşma saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43