Sabah Çempionlar Liqasında 3-cü mərhələnin püşkatma mərasimi olacaq.
İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” “Rudar” səddini keçəcəyi təqdirdə potensial rəqibin kimliyinə aydınlıq gələcək.
Ağdam klubu “səpələnməmişlər” qrupunda yer alıb.
Səpələnmişlər:
“Bazel” (İsveçrə)
“Zalsburq” (Avstiyra)
“Viktoriya” (Plzen, Çexiya)
“Trençin” (Slovakiya) – “Styauya” (Rumıniya) (ilk oyun: 0:2)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya) (2:0)
APOEL (Kipr) – “Vardar” (Makedoniya) (0:0)
BATE (Belarus) – “Dundalk” (İrlandiya) (2:1)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova) (0:1)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Fola” (Luksemburq) (1:1)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan) (1:0)
Səpələnməmişlər:
“Hibernians” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) (2:1)
“Sarayevo” (Bosniya və Hersoqovina) – “Lex” (Polşa) (0:2)
“Partizan” (Serbiya) – “Dila” (Gürcüstan) (1:0)
“Malmö” (İsveç) – “Jalgris” (Litva) (0:0)
“Qarabağ” (Azərbaycan) – “Rudar” (Çernoqoriya) (0:0)
“Venetspils” (Latviya) – HJK (Finlandiya) (1:3)
“Mölde” (Norveç) – “Pünik” (Ermənistan) (5:0)
“Midtyulland” (Danimarka) – “Linkoln” (Cəbəllütariq) (1:0)
TNS (Uels) – “Videoton” (Macarıstan) (0:1)
“Skenderbeu” (Albaniya) – “Krusaders” (Şimali İrlandiya) (4:1)
Qeyd edək ki, püşkatma mərasimi sabah saat 15:00-da start götürəcək.