UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Seltik” matçına hakim təyinatları müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, avqustun 5-də baş tutacaq qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Martin Stromberqsson olacaq. Ona Daniel Qustavssonla Stefan Hallberq kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.
Qeyd edək ki, matçTofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.