“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsində mübarizə aparacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu turda Xorvatiyanın “Dinamo” komandası ilə üz-üzə gələcək. Oyunlardan öncə pley-off mərhələsində mübarizə aparan klubların dəyəri açıqlanıb.
Təmsilçimiz bu mərhələdə çıxış edən komandaların hamısından geridə qalır. Belə ki, “Qarabağ” pley-offda yer alan 14 komanda arasından dəyəri ən az olan kollektivdir. “Köhlən atlar”ın ümumi heyət dəyəri 16,480 milyon avro olaraq göstərilib.
Komandamızın rəqibi “Dinamo” isə 72,6 milyon avro dəyərlə 14 komanda içərisində 6-cıdır. Cari mövsüm pley-off mərhələsində yer alan ən bahalı klub “Lill”dir.
Fransa təmsilçisinin heyəti dəyəri 243, 5 milyon avrodur. İkinsi sırada isə “Qalatasaray” klubu yer alıb.
İstanbul təmsilçisinin ümumi qiyməti 210,5 milyon avro olaraq göstərilib.