13 Yanvar 2025
Dünya futbolu

Çempionlar Liqası: qrup iştirakçıları bəlli oldu – GECƏNİN NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu, pley-offda üç cavab görüşündən sonra bəlli olub.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

AEK (Yunanıstan) – “Antverpen” (Belçika) – 1:2
İlk oyun – 0:1

“Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) – 1:1
İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) – 5:1
İlk oyun – 2:2

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya) qrupda iştirakı dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43