Çempionlar Liqası və Avropa Liqasının 2014/2015 mövsümü üçün püşkatmanın vaxtı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi avqustun 8-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən “Qarabağ” “Zaslburq” səddini aşsa o zaman avqustun 8-də Ağdam klubu pley-offdakı rəqibini tanıyacaq.
Bu püşkatmadna bir saat sonr aisə (saat 16:00) Avropa Liqasının püşkatma mərasimi keçiriləcək.
Bu turnirdə mübarizəni davam etdirən “Neftçi” ilk öncə “Çixura” səddini aşmalıdı. Belə olacağı təqdirdə “Neftçi” pley-offda oynamaq şansı qazanacaq və avqustun 8-də bu mərhələdəki rəqibini də tanıyacaq.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avroliqanın pley-off mərhələsinin görüşləri isə 21-28 avqust tarixlərində keçiriləcək.