Dünyadan

Çempionlar Liqası və Avroliqanın 1/4 final mərhələsinin püşkü bu tarixdə atılacaq

Futbol üzrə Çempionlar Liqasının və Avroliqanın 1/4 final mərhələlərinin püşkatma mərasimlərinin vaxtı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, püşkatma martın 21-də İsveçrənin Nyon şəhərinə keçiriləcək. Həmin gün qitənin hər iki klub turnirinin püşkü atılacaq. Öncə ÇL (15:00), daha sonra isə Avroliqada (16:00) komandalar rəqiblərini tanıyacaqlar. 

Qeyd edək ki, ÇL-in bütün 1/4 finalçıları martın 19-u, Avroliqanın 1/4 finalçıları isə 20-də müəyyənləşəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43