Dünya futbolu

“Çempionlar Liqasına güclü qayıdacağıq” – Levandovski

“Barselona”nın futbolçusu Robert Levandovski yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, polşalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted” (1:2) məğlubiyyəti barədə danışıb:

“Əsl Çempionlar Liqası oyunu idi. İndi irəli baxmalıyıq, addım-addım getməliyik. Bizi hər zaman dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.

Xaviyə inanırıq. O, çalışır, biz də ona güvənirik. İndi diqqətimizi La Liqa və Kral Kubokuna yönəltməliyik. Gələn il ÇL-na güclü qayıdacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43