Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
İdmanxeberaz-ın məlumatına görə, 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib.
Ən çox fanat Polşada “Lex” və “Qarabağ” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 25 118 azarkeş izləyib.
İkinci pillədə 11 830 tamaşaçı ilə “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya) matçı yer alıb. İlk “üçlüy”ü “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) görüşü tamamlayıb – 10 589.
Qeyd edək ki, “Qarabağ” ilk matçda “Lex”ə 0:1 hesabı ilə uduzub. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.