Çempionlar Liqasının 1/8 mərhələsində növbəti oyunlar keçirilib.
“Atalanta” evdə “Valensiya”nı qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbədiylə başa çatıb. Bununla Berqamo təmsilçisi 1/4 finala yaxınlaşıb.
Günün digər qarşılaşmasında “Leypsiq” “Tottenhem”in qonağı olub. Almaniya klubu səfərdən qələbə ilə qayıtmağı bacarıb -1:0.
Çempionlar Liqası
1/8 final mərhələsi
00:00. “Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya) – 4:1
Qollar: Hans Hatebur, 16, 63, Yosip İliçiç, 42, Remo Froyler, 60 – Denis Çerışev, 66
00:00. “Tottenhem” – “Leypsiq” (Almaniya) – 0:1
Qol: Timo Verner, 58 (pen.)