Dünya futbolu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasının 1/8 final mərhələsində həfətnin ən yaxşı futbolçusu müəyyənləşib.

“Tottenhem”in müdafiəçisi Yan Vertongen hamını qabaqlayıb. O, Nikolo Zaniolo (“Roma”),Marko Veratti (PSJ) və Tibo Kurtua (“Real”) ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, belçikalı futbolçu “Borussiya” (Dortmund) ilə görüşdə (3:0) 1 qol vurub, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43