“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı ÇL-nin yarımfinal mərhələsində “Real”la cavab görüşündə (4:0) dubl edib.
Mükafata “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu, hücumçusu Lautaro Martines və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri də namizəd olub.
Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq. Görüş iyunun 10-da İstanbulda baş tutacaq.