Kateqoriyasız

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunundan sonra həftənin rəmzi komandası açıqlanıb.

“11-liy”ə İngiltərənin “Çelsi” klubundan 3, “Mançester Siti”dən 3, “Liverpul”dan 2, İspaniyanın “Real Madrid” və “Atletiko” (Madrid) komandalarından, həmçinin Portuqaliya “Benfika”sından 1 oyunçu düşüb.

Qapıçı: Ederson (“Mançester Siti”, İngiltərə)

Müdafiəçilər: Antonio Rüdiger (“Çelsi”, İngiltərə), Kayl Uoker, Con Stounz (hər ikisi “Mançester Siti), Reynildu Mandava (“Atletiko” Madrid, İspaniya), Kostas Tsimikas (“Liverpul”, İngiltərə)

Yarımmüdafiəçilər: Meyson Maunt (“Çelsi”, İngiltərə), Luka Modriç (“Real Madrid), Qonsalu Ramuş (“Benfika”, Portuqaliya)

Hücumçular: Timo Verner (“Çelsi”), Roberto Firmino (“Liverpul”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43