Dünya futbolu

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

"Arsenal"ın futbolçusu Mesut Özil Çempionlar Liqası qrup mərhələsində 4-cü turun ən yaxşı futbolçusu seçilib. 

İdmanxeber.com xəbər verir ki, "Ludogorets"lə səfər oyununda (3:2) 1 qol və 1 məhsuldar ötürmə verən Özil azarkeşlərin 26%-nin səsini qazanıb. O, Qaret Beyl (17%), Robert Levandovski (17%), Radamel Falkao (15%), Kevin de Bruyne (13%), Antuan Qrizmann (10%), Qonzalo Hiquain (2%) və Adrian Ramosu (1%) geridə qoyub. Ümumilikd Özil ÇL-da 4 qol və 2 asisslə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43