İdman

Çempionlar Liqasında “Qarabağ”a qarşı oynayan futbolçu “Kəpəz”də!

İngiltərə vətəndaşı olan, əslən liberiyalı Aleks Nimelinin “Kəpəz”ə keçidi ilə bağlı xəbəri ilk olaraq yazmışdıq.

İdmanxeber.com Gəncə klubunun növbəti əcnəbi transferini də öyrənib. “Sarı göylər” Gürcüstan çempionu “Samtredia”nın dayaq yarımmüdafiəçisi Quili Manqaladzeni sırlarına cəlb edib. Bu gün komanda ilə birgə məşqlərə qoşulan oyunçu fasilədən sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, təcrübəli futbolçu cari mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsinin görüşləri çərçivəsində təmsilçimiz “Qarabağ”a qarşı forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43