Kateqoriyasız

“Mançester Yunayted” qrupda qaldı, “Yuventus”dan darmadağın

Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib.

İlk oyun günündə E, F, G və H qruplarında 7 matç keçirilib. H qrupunun PSJ – “Başakşəhər” oyunu qarşılaşmanın 4-cü hakimi Türkiyə klubunun köməkçi-məşqçisi Pyer Veboya qarşı irqçilik etdiyi üçün yarımçıq qalıb. Komandalar bu davranışdan sonra meydanı tərk ediblər və oyunu davam etdirmək istəməyiblər.Qarşılaşmanın taleyinin necə olacağı hələlik qeyri-müəyyəndi.

Digər oyunlara gəlincə, F qrupunda “Latsio” “Brügge” ilə heç-heçə edərək, 1/8 finala yüksəlib.

G qrupunda səfərdə “Barselona”ya qalib gələn “Yuventus” qrup lideri olub.

H qrupunda “Leypsiq” öz meydanında “Mançester Yunayted”i məğlub edərək, 1/8 finala yüksəlib. İngiltərə klbubu mübarizəyə Avropa Liqasında davam edəcək.

Çempionlar Liqası
Qrup mərhələsi, VI tur

8 dekabr

E qrupu

00:00. “Renn” (Fransa) – “Sevilya” (İspaniya) – 1:3
Qollar:
 Rutter, 86 (pen.) – Kunde, 32, En Nesiri, 45+2, 81

00:00. “Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya) – 1:1
Qollar: Jorjinyo, 27 (pen.) – Kabelya, 24

F qrupu

21:55. “Latsio” (İtaliya) – “Brügge” (Belçika) – 2:2
Qollar: 
Korrea, 12, İmmobile, 27 (pen.) – Vormer, 15, Vanaken, 76
Qırmızı vərəqə: Sobol, 39 (“Brügge”)

21:55. “Zenit” (Rusiya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:2
Qollar: Driussi, 16 – Pişek, 68, Vitsel, 79

G qrupu

00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Ferensvaroş” (Macarıstan) – 1:0
Qol:
 Popov, 60

00:00. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) – 0:3
Qollar: Ronaldo, 13 (pen.), 52 (pen.), Makkenni, 20

H qrupu

00:00. PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) – 0:0 (yarımçıq dayandırılıb)

00:00. “Leypsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) – 3:2
Qollar: Anxelino, 2, Haidara, 13, Klayvert, 69, Fernandeş, 80 (pen.), Maquayr, 82

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43