Kateqoriyasız

Çempionlar Liqasında son yarımfinalçı bilinir

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.

Portuqaliyadakı “Joze Alvalade” stadionunda oynanılacaq son matçda “Mançester Siti” və “Lion” üz-üzə gələcək.

Cütün qalibi yarımfinalda “Bavariya” ilə qarşılaşacaq.

Buna qədər PSJ, “Leypsiq” və “Bavariya” növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası
1/4 final

15 avqust

23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43