İdman

Çempionlar Liqasında turun “ən yaxşı”sı seçiləcək

Çempionlar Liqasında IV turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu ada 8 oyunçu iddia edir. Bunlar Dele Alli (“Tottenhem”), Mohammed Salah (“Liverpul”), Marlos (“Şaxtyor”), Serxio Aquero (“Mançester Siti”), Stefan El Şaravi (“Roma”), Layvin Kurzava (PSJ), Kinqsli Koman (PSJ) və Alan Dzaqoyevdi (MOİK).

Turun ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytı vasitəsilə oxucular arasında keçirilən səsvermə ilə müəyyənləşəcək. Sorğu sabah başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43