26 Noyabr 2024
Dünya futbolu

Çempionlar Liqasının 100-cüsü “Qarabağ” oldu

UEFA 1955-ci ildən indiyə qədər  Çempionlar Liqasında çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

Siyahıda “Qarabağ”ın da adı var. ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi 33 xalla 100-cü pillədə qərarlaşıb.

Çempionlar Liqasında 30 oyun keçirən “Qarabağ” bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası 8 görüşdə isə məğlub olub.

Azərbaycanın digər klubları – “Neftçi” 167-ci, “Bakı” 265-ci, “Keşlə” 290-cı, “Şəmkir” 389-cu, “Kəpəz” 390-cı, “Xəzər Lənkəran” isə 415-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 590 xalla “Real” başçılıq edir. “Bavariya” 462 xalla ikinci, İspaniyanın digər klubu “Barselona” isə 427 xalla 3-cü yerdədir. Siyahıda ümumilikdə 513 komanda yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43