Dünya futbolu

Çempionlar Liqasının matçları “Facebook”da canlı yayımlanacaq

ABŞ-ın “Fox Sport” televiziya kanalı və “Facebook” sosial şəbəkəsi Çempionlar Liqasının yayım hüququ üçün razılıq əldə ediblər.

Adıçəkilən telekanalın rəsmi səhifəsi sentyabrdan etibarən ABŞ daxilində turnirin matçlarını canlı yayımlayacaq.  Razılaşmaya görə, istifadəçilərin ümumilikdə 30 matçı izləmək şansı olacaq.

“Fox Sport” ötən mövsüm “Real” və “Yuventus” arasında keçirilən matçı yayımlamış və görüşə 34 milyon “Facebook” istifadəçisi baxa bilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43