Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç Madrid klubunun qələbəsi ilə başa çatıb – 2:0.
“Real” bununla da 15-ci dəfədir Çempionlar Liqasının qalibi olub.
1 iyun
UEFA Çempionlar Liqası
Final
23:00 “Borussiya” – “Real” – 0:2
Qol: Dani Karvaxal, 74, Vinisius, 84
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London. “Uembli” stadionu