20 Sentyabr 2024
Dünya futbolu

Çempionlar Liqasının yeni formatı təsdiq edildi

Çempionlar Liqası növbəti mövsümdən etibarən yeni formatla 36 komandayla oynanılacaq.

İdmanxeber.az-ın məlumatına görə, yeni formatda 4 səbətdə hərəsində 9 komanda olacaq. ÇL qrup mərhələsi şəklində yox liqa kimi keçiriləcək. Hər komanda hər səbətdən 2 komandayla oynayacaq. İlk mərhələdə bütün komandalar 8 oyuna çıxacaq.

36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala çıxacaq. 9-24-cü yeri tutan komandalar 1/16 final oynayacaqlar. 25-36-cı yer arası tutanlar isə mübarizəni dayandıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43