26 Dekabr 2024
Kateqoriyasız

Cengiz Ünder “Roma”da qaldı

Türkiyə millisinin üzvü Cengiz Ünder karyerasını hazırkı klubu “Roma”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” yarımmüdafiəçi ilə 2023-cü ilə qədər müqavilə imzalayıb.

Müqavilənin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2017-ci ildən paytaxt klubunda çıxış edən 22 yaşlı futbolçu “Roma”nın heyətində 65 rəsmi oyuna 14 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43