Dünya futbolu

Cenk Tosun Amerika klubuna keçir

“Beşiktaş”ın hücumçusu Cenk Tosun karyerasını Amerikada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çikaqo Fayr” klubu oyunçunun xidmətində maraqlıdır. MLS təmsilçisinin artıq oyunçu ilə danşıq apardığı da qeyd edilib.

Amerika klubu Tosuna 3 illik müqavilə təklif edib. Cenk əgər sözləşməni qəbul edərsə, MLS-də illik 2.5 milyon dollar qazanacaq. Futbolçunun əlavə olaraq 500 min dollar alacağı da bildirilir.

31 yaşlı hücumçunun “Beşiktaş”la müqaviləsi mövsüm sonu başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43