Kateqoriyasız

Cenk Tosun “Everton”a qayıtdı

Qış fasiləsində icarə əsasında “Kristal Pelas”a keçən Cenk Tosun müqavilə ilə məxsus olduğu “Everton”a qayıdıb.

28 yaşlı hücumçunun icarədən vaxtından tez qayıtmasına dizindən aldığı ağır zədə olub.

Türkiyə millisinin üzvü müalicəsini Liverpul klubunda etdirəcək. Onun 6-7 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Cenk Türkiyə yığmasına Avropa çempionatında kömək edə bilməyəcək.

Hücumçu “Kristal Pelas”da 5 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43