Dünya futbolu

“Cenoa”nın qapıçısı “İnter”ə keçir

İtaliyanın “Cenoa” klubunun qapıçısı Xosep Martines “İnter”ə keçməyə yaxındır

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı ispaniyalı Milan klubuna keçməzdən əvvəl tezliklə tibbi müayinədən keçəcək. Transfer “İnter”ə 13,5 milyon avroya başa gələcək.

Martines 2022-ci ilin yayından “Cenoa”da çıxış edir. Ötən mövsüm o, 36 oyun keçirib, 43 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb. Oyunçu “Barselona”nın yetirməsidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43