İdman

Çexiya millisinin baş məşqçisi: “Azərbaycan millisi ilə vəziyyətimiz eynidi”

“Futbolçularımın son durumu qənaətbəxşdi. Sonradan dəvət etdiyimiz Yan Şikora və Vaçlav Kadlesin vəziyyəti də yaxşıdı.Bir sözlə, Azərbaycanla oyun öncəsi futbolçularımın motivasiyası yüksəkdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiya millisinin baş məşqçisi Karel Yarolum DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla oyun öncəsi deyib. Təcrüvbəli mütəxəssis mundial üçün hər iki yığmanın şanssız olduğunu dilə gətirib: “Azərbaycan millisi ilə vəziyyətimiz eynidi. Rəqibimizin də dünya çempionatına getmək kimi bir şansı yoxdu. Bununla belə biz sona qədər mübarizə aparacağıq. Çünki nəticə turnir cədvəlindəki mövqeyimiz və reytinq əmsalı baxımından böyük önəm kəsb edir. Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında komandaların hansı səbətdə yer alması məhz reytinq əmsalından asılıdır”.

 
Qeyd edək ki, Azərbaycan – Çexiya oyunu oktyabrın 5-i saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43