07 Yanvar 2025
Dünya futbolu

Çexiyalı qapıçı “Tottenhem”də

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Slaviya”nın qapıçısı Antonin Kinskinin transferini rəsmən açıqlayıb. 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib.

Oyunçu yeni klubu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalayıb.

Kinskini bu mövsüm Praqa təmsilçisinin heyətində 29 rəsmi matçda iştirak edib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43