06 Oktyabr 2022
Kateqoriyasız

“Çexiyaya müdafiədə oturmağa getməyəcəyik” – Qurban Qurbanov

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Gərgin oyun oldu. Hər iki komandada həyəcan var idi. Düşünürəm ki, bu olmalıydı. Tərəflər bir-birini tam tanımırdı. Canlı hiss etmək tam başqadır. Çox intizamlı komandaya qaşrı çıxış etdik. Müdafiədə oynamaqdan həzz alırdılar. 3-4 yüz faizlik qol epizodlarımız oldiu. Düşünülmüş hücumlarımız idi. Futbolçulara səbirli olmağı tapşırmışdım. Bunu gördüm. Rəqib fiziki çox güclü idi. Əks-hücum və standart vəziyyətlərdə təhlükəli idilər. Müdafiədə düzgün oynamağı bacardıq. İkinci hissə qalıb. Cavab matçında daha çox güc sərf etməliyik ki, üstün ola bilək. Futbolçularımdan razı qaldım. Böyük təcrübə, inam qazandılar. Cavab matçına tam hazır olmalıyıq. Azarkeşlərimiz ilk dəqiqələrdən möhtəşəm idilər. Hər biirnə təşəkkür edirəm.

– Heç vaxt çexlərə qalib gələ bilməmişik. Səfərdə fərqli taktika seçmək lazımdır ki, rəqibin müqavimətini qıra bilək.
– Daim futbolçulardan və özümdən tələb edirəm ki, nəyi bacarırıqsa, onu inkişaf etdirməyə çalışmalıyıq. Heyət eyni olsa da, görünməyən elementlər var. Hər rəqibə qarşı bir-iki fərqli kombinasiyalarımız olur. Bəzi taktiki gedişlər ola bilər. Nəyi yaxşı bacarırıqsa, ondan maksimum istifadə edəcəyik. Analiz etdikdən sonra əlavələr edəcəyik.

– Tahir Gözəl dedi ki, qrupa düşəcəyimizə 80 faiz inanıram. Siz nə qədər inanırsız?
– Biz ora böyük inamla gedirik. Şansımız varsa, maksimum istifadə edəcəyik. Çexiyaya müdafiədə oturmağa getməyəcəyik. Maksimum hücum etməyə çalışacağıq. Rəqibin nə qədər imkan verməsi də vacibdir. 9 nəfər futbolçularımızla birə-bir oynamağa çalışırdı. Səbirlə epizodları gözlədik. Qol imkanlarımız da oldu. Qapıçıları yaxşı çıxış etdi.

– Bəzi məqamlarda rəqibə uduzurduq sanki. Bu, rəqibin bizi yaxşı analiz etməsi ilə bağlı idi?
– Hər komandanın öz üstün cəhəti var. Biz nədəsə uduzurduqsa, onlar da nədəsə uduzurdular. Futbolun qanunu budur. Zəngin təcrübəsi olan komandaya çıxış etdik. Çexiya futbolu oyun intizamı ilə seçilir. Sevinirəm ki, bizə ciddi yanaşır və ehtiyatlanırlar. Bizə qarşı birə-bir oynamağa çalışırdılar. Bu, futbolda nadirən görünür. Futbolçularımla qürur duyuram. Onlara bildirdim ki, düşünməyin oyun sistemləri belədir. Başqa cür də oynaya bilərdilər. Buna sevinirəm. belə matçlarda futbolçularımın böyüdüyünü görürəm. Cavab matçında daha çox meydanda düşünmək lazım olacaq. Boşluqlar həmişə olur. Futbolçular bunları başa düşüb, daha yaxşı olmağa çalışırlar.

– Analiz etdiyiniz “Viktoriya” ilə meydanda gördüyünüz arasında fərq çox idi?
– Deməzdim. Sadəcə etdiklərini daha çox etdilər, daha çox dözdülər. İlk hissənin sonuna yaxın bəzi epizodlarda çatdırmadılar. Bu oyunu göstərmək asan deyil. İkinci yarının ortalarında əvvəlki kimi oynaya bilməyəcəklərini gözləyirdim. Amma sona kimi dözdülər. Yenə də qol epizodları yaratdıq. Düşündüyümüzdən daha bərk komanda gördük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Keşlə”nin Avroliqa matçı neytral meydanda keçirilə bilər

admin

Bu klub da Mahir Emrelini transfer etmək istəyir

admin

Boksçumuz erməni rəqibini məğlub etdi

admin