25 Oktyabr 2024
Dünya futbolu

Ceydon Sanço “Çelsi”yə keçə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını “Çelsi”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, londonlular 24 yaşlı futbolçunu icarəyə götürməkdə maraqlıdırlar. Tam transfer variantı da nəzərdən keçirilir. 

Sanço 2021-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, mankunianların heyətində 83 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Cinah oyunçusu 2023/24 mövsümünün ikinci hissəsini icarə əsasında Dortmund “Borussiya”sında keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43