30 Dekabr 2024
Ölkə futbolu

Cəzalar açıqlandı: XL fanatları yenə ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqanın onuncu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Topaz Premyer Liqasının X turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının X turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Topaz Premyer Liqasının X turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cəza kəsilib.

Oyunun 73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Matçın 79-cu dəqiqəsində “Simurq” klubunun futbolçusu İdan Vaytsman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43