Türkiyə Superliqasının V turu çərçivəsində baş tutan “Beşiktaş” – “Qalatasaray” derbisindəki məlum qalmaqallarına verilən cəzalar açıqlanıb.
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam – İntizam Komitəsi Atatürk Olimpiya Stadionunda yaşanan olaylarla bağlı “Beşiktaş”a 4 oyunluq azarkeşsiz oynama cəzasını verib. Bundan əlavə TFF “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.
Həmin oyunda qırmızı kart alan “Qalatasaray”ın futbolçusu Felipe Melo isə 2 oyunluq cəzalandırılıb.