İdman

Çin klubu Dino Ndlovuya düşərli oldu

Qış fasiləsində “Qarabağ”ı Çinin “Xançjou Qrintaun” klubuna dəyişən Dino Ndlovu yeni komandasında məhsuldar oyunu ilə fərqlənir.

İdmanxeber.com-un məlumatına görə, cənubi afrikalı hücumçu birinci liqanın 4-cü turunda “Şanxay Şenxin”lə oyunda (3:4) növbəti qolunu vurub. 28 yaşlı forvard penaltidən fərqlənib. Bununla da o, 4 oyuna 4-cü qolu aktivinə yazdırıb.

Qeyd edək ki, Ndlovunun komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43