“Bizim əsas məqsədimiz qol buraxmamaq idi. Bunu bacarmadıq. Bizim komanda zəifdi. Amma biz gözəl oyun göstərdik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Çixura” klubunun baş məşqçisi Samson Pruidze deyib.
Təcrübəli mütəxəssis “Neftçi”yə yenilginin ardından mətbuat konfransında danışarkən daha sonra sözlərinə belə davam edib:
“Məqsədimiz gözəl oyun göstərmək idi. Bunu da bacardıq. Onların hücumçuları bizimkilərdən çox sürətli idi. Onlar da çox peşəkar olmasalar da, bizimkilərdən güclüydülər”.
Pruidze daha sonra Azərbaycan klublarının maliyyə tərəfdən daha güclü olduqlarını da bildirib:
“Azərbaycan klubları maliyyə tərəfdən güclüdülər. Ona görə də daha güclü oyunçu alırlar. Biz daha çox Türkiyə tərəfə meyl etmişik. Futbolçularımızı gücləndirib dünyaya çıxarmaq istəyirik”.