19 Fevral 2025
Kateqoriyasız

“Çixura”nın kapitanı “Neftçi” ilə matç öncəsi iddialı danışdı: “Necə deyərlər, iştah diş altındadır”

Gürcüstanın “Çixura” klubunun kapitanı David Odikadze Avropa Liqasının II təsnifat mərhələsində “Bursaspor” üzərində qələbə qazandıqları oyun (penaltilər – 4:1) haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futboçu daha sonra “Neftçi” haqda da fikirlərini bildirib: 

Sözün düzü, “Bursaspor”u keçəcəyimizi fikirləşmirdim. Amma biz cəsarətli oyun nümayiş etdirdik. Həm maliyyə, həm də peşəkarlıq baxımından bizdən üstün olan komandanı məğlub etdik.

“Neftçi”ni çoxdan tanıyıram. “Neftçi” Azərbaycanın ən güclü komandasıdır. Mən 2010-cu ildə Bakının “İnter” komandası ilə çempion olmuşam. Həmin il kubokun finalında “Neftçi” bizə qalib gəldi. Bu ilin iyun ayında “Neftçi” ilə iki yoxlama oyunu keçirdik və onları məğlub etməyi bacardıq. Ancaq rəsmi oyun yoxlama görüşündən fərqli olur. Necə deyərlər, iştah diş altındadır. “Bursaspor”u keçmişik, “Neftçi” üzərində qələbəyə də inanırıq”.    

Xatırladaq ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43