13 Fevral 2025
Dünya futbolu

ÇL-də həftənin oyunçusu kim olacaq?

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Vinisius Junior (“Real”), Vanqilis Pavlidis (“Benfika”), İqor Payxao (“Feyenoord”) və Seri Qirassi (“Borussiya”) bu ad üçün yarışır.

Qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları 18-19 fevralda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43