“Avstraliya Open”də 1/4 final görüşləri keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Novak Cokoviç amerikalı Taylor Fritslə qarşılaşıb. Serbiyalı dünya 1 nömrəsi görüşün ilk 2 setində çətinlik çəksə də, son 2 seti rahat qazanaraq yarımfinala yüksəlib – 3:1 ( 7-6(3), 4-6, 6-2, 6-3)
Bu Novakın karyerasında 48-ci böyük dəbilqə yarımfinalı olub. O, “Avstraliya Open”də isə 11-ci dəfə yarımfinala çıxıb.
Cokoviçin bu mərhələdəki rəqibi Yannik Sinner – Andrey Rublyov görüşünün qalibi olacaq.