Topaz Premyer Liqamızın VII turunda təxirə salınmış “Keşlə” – “Qarabağ” matçı 1:1 hesablı heç-heçə ilə bitib. Oyunun ardından Ağdam təsmilçisinin futbolçusu Con Delarj görüş barəsində fikirlərini bildirib:
“Biz həm Avroliqa, həm də çempionatda mübarizə aparırıq. Ona görə komandada yorğunçuluq olur. Bu səbəbdən baş məşqçi çalışır ki, oyunçulara istirahət versin. Keçən oyun mən ilk 11-likdə başlamışdım. Bu oyun isə ehtiyatdaydım. Bu rotasiya ilə bağlı bir qərardır”
Delarj “Qarabağ”ın Avroliqadakı şansları ilə bağlı da danışıb:
“Qarşıda bizi “Vorskla” ilə çətin oyun gözləyir. Çalışacayıq ki, bu oyundan qalib gələk.Ümumiyyətlə Avroliqadakı 3 oyunumuzu da qazanıb 9 xal yığa bilərik. Ancaq hazırda “Sumqayıt” oyun barəsində düşünməliyik. Liderlə aramızda 5 xallıq bir fərq var. Bunun üçün xal itkisinə yol verməməliyik”.