Premyer Liqanın IX turu çərçivəsində səfərdə "Rəvan"ın qonağı olan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak oyunsonrası mətbuat konfransında maçt barədə fikir bildirib.
"35 ildi futboldayam, 7 ayrı ölkədə çalışmışam. Bugünkü oyun kimisini görməmişəm. O qədər qol imkanı yaratdıq ki, say-hesabını itirdim".
"Bizdə belə bir deyim var; "Atı su içməyə aparırsan, əgər su içmirsə, sən nə edə bilərsən?". Mən indi meydana çıxıb qol vurmayacam ki?".