Ölkə futbolu

Con Toşak: “Mən belə insanam, həmişə yeni şeylərə hazıram”

“Klubun sahibi ilə söhbətimdən sonra əmin idim ki, bu ilin əvvəlində həlledici addım atmağım yetərlidir”. Bu sözləri “Xəzər Lənkəran”ın 64 yaşlı baş məşqçisi Con Toşak “France Press” agentliyinə açıqlamasında deyib. 

Ölkəmizə gəlməyə tərəddüd etmədiyi bildirən təcrübəli baş məşqçi, Lənkəranı digər işlədiyi yerlərdən fərqləndirib. 

Ölkəmizə gəlişi haqda danışan Toşak dəvətlə bağlı tərəddüd etmədiyini bildirib: “Mən belə insanam, həmişə yeni şeylərə hazıram. Təklifi alandan sonra dedim ki, niyə də yox? Mən bura düşəndə, Azərbaycan futbolunun səviyyəsi ilə bağlı yaxşı mənada təəccübləndim. Lənkəran əvvəl işlədiyim yerlərdən çox fərqlənsə də, uyğunlaşmaqla bağlı problemimin yarandığını görmürəm”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43