Ölkə futbolu

Con Toşak: “Nəyə görə mən…”

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak futbolçu Elnur Allahverdiyevin komandadan qovulmasına dair xəbərlərə münasibət bildirib. Uelsli mütəxəssis açıqlamasında Allahverdiyev barədə danışmaq istəmədiyini söyləyib.

“Nəyə görə mən Orxan Sadıqlı, Elnur Abdullayev, Rahid Əmirquliyev və digər yerli oyunçular yox, məhz ondan danışmalıyam? Mətbuat nə yazıbsa, özü bilər”.

Qeyd edək ki, Elnur Allahverdiyev hazırda İsraildə olan Azərbaycan milli komandasının düşərgəsində yer alıb. O, yerli komanda ilə sentyabrın 7-də keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçına hazırlaşır. Allahverdiyevin “Xəzər Lənkəran”dan qovulmasına dair ilk xəbəri “anspress” yayıb. Xəbərdə bildirilir ki, klub millimizin İsraillə oyunundan sonra bu barədə rəsmi açıqlama yayacaq. “apasport.az” saytı isə bu məsələyə sabah məşqçi korpusu və rəhbərliklə görüşdən sonra aydınlıq gətiriləcəyini yazıb.

Lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43