Müsahibə

Corc Leroy: “Rəqib bizim oyunumuzu yaxşı təhlil etmişdi” – MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Corc Leroyun idmanxeber.com-a müsahibəsi:

– "Qəbələ"yə məğlub olaraq, kubokdan əlinizi üzdünüz…

– Məğlub olmaq istəmirdik. İkinci hissə oyunu dəyişdirmək üçün şanslarımız da oldu. Onu vurğulayım ki, rəqib bizim oyunumuzu yaxşı təhlil etmişdi və müdafiədə heç bir boşluğa yaratmadılar. Çox üzgünəm

– İki mövqedə mübarizə aparmaq çətin olur. Artıq diqqətinizi çempionata yönəldəcəksiniz. Bu baxımdan uduzmağınızı yaxşı hal saymaq olar?

– üşünmürəm ki, bu yaxşıdı. Kimi istəməz ki, iki cəbhədə də mübarizə aparsın. “Qəbələ” ilə oyunda belə böyük səhvə yol verməməli idik.  Amma indidən sonra yalnız çempionat haqqında düşünməliyik.

– Oyunda böyük səhvlər etdiyinizi dediz. Harda səhvlər etdiniz?

– Əgər bunu bilsəydim, inanın ki, sizə izah edərdim. Alınmadı bu gün, bəxtimiz gətirmədi. Başqa heç nə bilmirəm.

– Hollandiyada sabiq komanda yoldaşınız olmuş Melvin Platye “Neftçi”dən ayrıldı. Bunu bilirsiniz?

– Əlbəttə.

– Əlaqə salamısız onunla? O, özünü “Neftçi”də göstərə bilməməyinin səbəbini nədə görür?

– Bəli, görüşmüşəm. O, yaxın dostumdur. Ancaq siz bunu özündən soruşsanız, o daha yaxşı cavab verər. Mən yalnız özüm haqqında nəsə deyə bilərəm.  Ümid edirəm ki, Platye orada özünü yaxşı tərəfdən göstərəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43