Kateqoriyasız

Corco Kyellini: “Azərbaycanla oyunda xal itirsəydik əsl biabırçılıq olardı”

Millimizin qapısına iki qol vuran İtaliya yığmasının müdafiəçisi Corco Kyellini matçdan sonra qalib gəldikləri matçı şərh edib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi oyunla bağlı bunları deyib:

“Bu gün mən hər şey etdim. Həm pis, həm də yaxşı. Avtoqol? Top naməlum yerdən gəldi. Heç cür kənara çəkilə bilmədim. Xal itirsəydik bu, əsl biabırçılıq olardı. Çünki tam layiq olduğumuz qələbəni əldən vermək risqimiz vardı. Yeni tsiklə çox yaxşı başlamışıq və qələbəylə də davam etməliyik. Qələbəni öz oyunumuzla haqq etdik. Dayanmadan çalışırıq. Bir neçə səhvə yol versək də, oyuna ciddi yanaşırdıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43