Müsahibə

Coşqun Diniyev: “Xüsusi bir səbəb yoxdu, məşqçi belə məsləhət görüb” – MÜSAHİBƏ

"İnter"in futbolçusu Coşqun Diniyevin idmanxeber.com-a müsahibəsi.

– "Şahdağ" üzərində inamlı qələbə qazandınız. Bu haqda nə deyərdin?

Biz hər bir rəqibə hörmətlə yanaşırıq və bu oyuna da ciddi hazırlaşmışdıq. Qələbə qazanıb mərhələ keçdiyimiz üçün sevinirik. Kubokda da çempionatda olduğu kimi qarşımıza çempionluq məqsədi qoymuşuq.

– Adın heç matçın iştirak ərizəsinə də salınmamışdı. 

Mənimlə bir yerdə bir-neçə futbolçunun adı iştirak ərizəsinə salınmamışdı. Çempionatda oyunların sıx olması ilə əlaqədar yorğun olan oyunçuların adı iştirak ərizəsində yox idi.

– Bəlkə başqa bir səbəb var?

Xüsusi bir səbəb yoxdu, məşqçi belə məsləhət görüb.

– XV turda AZAL-la qarşılaşacaqsınız. Bu oyunla bağlı düşüncələrini öyrənmək istəyərdim.

Hər bir oyun çətin keçir. Çempionatda asan oyun olmur. Bu oyunada qələbə istəyi ilə çıxacayıq. Üç xalı qazanıb turnir cədvəlində yerimizi yaxşılaşdırmaq istəyirik.

Təbriz Babayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43