12 Fevral 2025
Ölkə futbolu

Coşqun Diniyevin transferi rəsmiləşdi

Milli komandamızın üzvü Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Çorum”a transfer olunub. 29 yaşlı yarımmüdafiəçi yeni klubu  ilə 1,5 illik müqaviləyə qol çəkib.

Coşqun Diniyev bundan əvvəl “Bandırmaspor”da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 20 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43