Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən komanda səfərdə “Bandırmaspor”la qarşılaşıb. 5 qolun vurulduğu oyunda “Ümraniyespor” məğlub olub – 1:4.
Coşqun 75-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
“Ümraniyespor” 24 turdan sonra 27 xalla 13-cü sıradadır. “Bandırmaspor” isə 39 xalla 6-cı pilləni tutub.